Dünya futbolu
MY “Atletiko”nun yarımmüdafiəçisi ilə maraqlanır

26.12.2025 | 19:20
“Mançester Yunayted” Madrid “Atletiko”sunun 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Pablo Barriosun xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” qarşıdakı qış transfer pəncərəsində yarımmüdafiə mövqeyini gücləndirmək niyyətindədirlər, Barrios isə münasib seçimlərdən biri olaraq qiymətləndirilir.
Vurğulanır ki, “Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorim ispan futbolçunun xidmətində şəxsən maraqlıdır.
Son xəbərlər





























