Dünya futbolu
Luis Gilyermenin müştəriləri artdı

26.12.2025 | 22:00
“Vest Hem”in 19 yaşlı braziliyalı cinah hücumçusu Luis Gilyerme “çəkicdöyənlər”in düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, Gilyerme ilə “Portu”, “Benfika”, Donetsk “Şaxtar”ı, “Napoli” və “Fiorentina” maraqlanırlar.
Gilyermeyə əsas iddiaçının Lissabon “Sportinq”i olduğu haqda daha əvvəl məlumat vermişdik.
“Vest Hem” Gilyerme müqabilində 30 milyon avro məbləğində ödəniş tələb edir.
Son xəbərlər





























