Dünya futbolu
Raspadori A Seriyasına qayıda bilər

26.12.2025 | 19:00
Madrid “Atletiko”sunun italyan hücumçusu Cakomo Raspadori İtaliya A Seriyasına qayıda bilər.
Sports.az xəbər verir ki, Raspadorinin xidmətində “Roma” maraqlıdır, “canavarlar” futbolçunu icarəyə götürmək niyyətindədirlər.
Vurğulanır ki, “Roma” Raspadorini sonradan mütləq satınalma şərti icarələmək istəsə, “Atletiko” müvafiq keçidə razılaşacaq. Bu halda “Roma” icarəyə 2 milyon avro məbləğində, tamhquqlu keçidə isə 20 milyon avro məbləğində xərc çəkməli olacaq.
Son xəbərlər





























