Dünya futbolu
Mourinyo Otamendini “Barselona”ya buraxmaq niyyətində deyil

27.12.2025 | 10:20
“Benfika”nın baş məşqçisi Joze Mourinyo “qartallar”ın argentinalı mərkəz müdafiəçisi Nikolas Otamendinin “Barselona”ya keçidinə razı deyil.
Sports.az xəbər verir ki, portuqal mütəxəssis mümkün keçidi hər vəchlə əngəlləməyə çalışacaq.
Vurğulanır ki, “Mour” Lissabon klubunun rəhbərliyinə müraciət ünvanlamaq və Otamendi ilə müqavilə müddətinin tezliklə yenilənməsinə nail olmaq niyyətindədir.
Son xəbərlər





























