Şəhidlərin xatirəsinə boks turniri keçirildi

Şəhidlərin xatirəsinə boks turniri keçirildi

Dekabrın 28-də Mehdiabad qəsəbəsində Cənub İdman Klubunun təşəbbüsü və təşkilatçılığı ilə qəhrəman şəhidlərimiz Rasim Rufullayev, Elşən Sultanlı, Vüqar Baloğlanov, Səyyar Ağayev, Fəyaz Masiyev, Arif Bağırov, Şahin Abdullayev və Qiyas Əzizovun xatirəsinə həsr olunmuş klublararası boks turniri keçirilib.

Sports.az xəbər verir ki, bir dəqiqəlik sükutdan və himnimiz səsləndikdən sonra startı verilən yarışda 14 klubdan 100-dək idmançı gücünü sınayıb.

Komanda hesabında 1-ci yeri tutan Cənub İdman Klubunun təsisçisi və baş direktoru, respublikamızın əməkdar məşqçisi Samir Həsənovun tədbirlə bağlı fikirlərini bölüşür:

“16 ildir bu sahədəyəm, ilk dəfə 2010-cu ildə Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yarış təşkil etdim. Həmin yarış böyük əks-səda doğurdu. Söz verdim ki, belə tədbirlərin müntəzəm keçirilməsi üçün əlimdən gələni edəcəyəm. Bü yarış da bu qəbildəndir. Əsas məqsəd gənclərimizin vətənpərvər ruhda böyüməsinə töhfə vermək, istedadlı uşaqlarımızın üzə çıxmasına yardım etmək, onların idmana olan marağını daha da artırmaqdır. Çox sağ olsun Yaşar müəllim, xeyirxah iş adamı olaraq bu cəhətdən həmişə klubumuza dəstək olub”.

Cənub Klubunun vitse-prezidenti Yaşar Ağaməmmədov da yarışla bağlı fikirlərini söyləyib:

“Şəhidlərimiz hamımız üçün əzizdir, müqəddəsdir. Onların qəhrəmanlığı Azərbaycanımızı bütövləşdirdi, millət-xalq olaraq başımızı uca etdilər. Azərbaycan adı dünyanın bütün qitələrində, bölgələrində fəxrlə səsləndi, bu adın qarşısında kainat baş əydi. Onların xatirəsini uca tutmaq, daim xatırlamaq bizim əbədi borcumuzdur”.

Yarışın təşkilində beynəlxalq dərəcəli hakim və məşqçi Tofiq Salmanovun, idman ustası Hakim Tağıyevin böyük rolu, əməyi olub.

Tədbirdə, eyni zamanda, şəhidlərimizin valideynləri, onların ailə üzvləri də iştirak ediblər. Şəhid Rasim Rufullayevin atası Yadigar Rufullayev, Elşən Sultanlının atası Nazim Sultanov, Arif Bağırovun əzizi Vasif Bağırov tədbirlə bağlı çıxış edərək təşkilatçılara minnətdarlıq ediblər, şəhidlərimizin xatirəsinə həsr olunmuş belə yarışların tez-tez baş tutmasını arzu ediblər.

Döyüşlər başa çatdıqdan sonra şəhidlərimizin yaxınları qalibləri mükafatlandırıb, onlara fəxri fərman və diplomlar təqdim ediblər.

Son xəbərlər
Azərbaycan cüdoçularından Avropa Kubokunun son günündə dörd medal
“Liveprul” “Tottenhem”in müdafiəçisi ilə maraqlanır
ÇL-də mövsümün ən yaxşı gənc oyunçusu açıqlandı
Konate “Liverpul”dan getdi
Slotun qovulması “Liveprul”un oyunçularına necə təsir bağışlayıb?
Çempionlar Liasında həftənin rəmzi komandası açıqlandı
ÇL-də mövsümün ən yaxşı oyunçusu bəlli oldu
Nataniel Braun İngiltərə Premyer Liqasına üz tuta bilər
Uruqvay millisinin DÇ-2026 üçün heyəti bəlli oldu
“Neftçi"dən təklif alanda çox sevindim” - İqor Ribeyro
“Mançester Yunayted”in müdafiəçisi A Seriyasına üz tuta bilər
Stolüstü tennisçilərimizdən Avrasiya Liqasında uğurlu nəticə
“Bayern” Raşfordu satın ala bilər
“İnter” “Udineze”nin müdafiəçisi ilə maraqlanır
“Nyukasl” yeni hücumçu axtarışındadır
Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq
“Zirə”də beş ayrılıq
“Şamaxı”da daha bir ayrılıq
“Milan”ın ulduzu Premyer Liqaya keçə bilər
Yığmamızın Avropa Liqası üçün heyəti açıqlandı
Bernal “Barselona”ya gərəkdirmi?
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Slotun alacağı təzminat haqqının məbləği məlum oldu
“Komo” “Arsenal”ın yarımmüdafiəçisi ilə maraqlanır
Ulduz hücumçusu “Liverpul”da qalmağa hazırdır?!
Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
Raşforda gözlənilməz iddiaçı ortaya çıxdı
Avropa Kubokunun ilk günündə 1 qızıl medal
"Sabah"ın qapıçısı millinin düşərgəsindən ayrıldı
Qordon yeni baş məşqçisi haqda söhbət açdı
DAHA ÇOX

Ən çox oxunanlar