“Hakimlər təzyiq altındadır” - Qurban Qurbanov

“Hakimlər təzyiq altındadır” - Qurban Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 26-cı turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı 7:0 hesabı ilə məğlub edib.

Sports.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Komandada xatakter olmasa, nəticələr olmazdı. Çünki uğursuz seriyamız olub, sonra geridönüş edə bilmişik. Amma alınmayan vaxtlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. "Sabah" yaxşı balanslaşmış komandadır. "Neftçi", "Zirə", "Turan Tovuz" oyunlarını yaxşılaşdırıblar, stabil oyun və nəticə göstərirlər. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək. 

Hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm tələb çoxdur, yoxsa dünya futbolunda da hansı yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsiz futbolçudan oyunun gedişatında çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Bir qayda olmalıdır. Futbolun dili birdir, hakimliyin də. Ola bilər tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də öz dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, basqı onlardadır. Allah işlərini asanlaşdırsın”.

Son xəbərlər
“Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə
Özbəkistanda daha bir uğur
Dibala vətəninə qayıdacaq
DÇ-2026-nın mükafat fondu artırıldı
Ştiller “Ştutqart”dan ayrıla bilər
Kukurelya “Barselona”ya qayıdacaqmı?
Xulian Alvares gələcəyi ilə bağlı seçim etdi
Raşford “Barselona”da qalmaq üçün böyük güzəştə hazırdır
“Sabah” final seriyasına qələbə ilə başladı
“Real” Tçuameni ilə bağlı qərar qəbul etdi
“Şəfa” xal itirdi, “Şahdağ Qusar”la “Mingəçevir” qalib gəldi
“Barselona” “Tottenhem”in kapitanına göz qoyur
Entso Fernandes “Çelsi” ilə müqaviləsini yeniləməyə hazırdır
“Barselona”nın ulduzu sıraya qayıtdı
Amorim gələcəyi ilə bağlı qərar qəbul etdi
Arbeloa “Real”da qala bilər
Zidanın oğlu zədələndi
Noyer ÇL antirekordunu təkrarladı
Final matçının məkanı açıqlandı
“Neftçi” – “Qarabağ” oyununun təyinatları açıqlandı
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Sumqayıtın komandası yarışdan kənarlaşdırıldı
“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”
Prezident Kuboku: İlk gününün qalibləri mükafatlandırıldı
Keyn Cerrardın rekordunu qırdı
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq
Hacızadə “Prezident Kuboku”nda gümüş medal qazandı
“Qaradağ Lökbatan”ın futbolçusuna 3 oyunluq cəza
“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
DAHA ÇOX

Ən çox oxunanlar