“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

Bu gün “Qəbələ” Premyer Liqanın 32-cü turu çərçivəsində doğma meydanda “Kəpəz”lə görüşəcək.

Sports.az xəbər verir ki, bu qarşılaşma rəqiblər arasında 28-ci matç olacaq.

İndiyədək keçirilən 27 oyunun hamısı Premyer Liqa çərçivəsində baş tutub. Əvvəlki görüşlərdə üstünlük “Qəbələ”nin tərəfindədir.

Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 8 dəfə meydandan xalsız ayrılıb. 34 qol vuran “Qəbələ” 26 top buraxıb. Baqali Dabo və Filip Ozobiç “Kəpəz”in qapısına daha çox - hərəyə 3 qol vurublar.

14-cü dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlib, 4 dəfə bərabərliklə kifayətlənib və 3 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 16 qol vuran “Qəbələ” qapısından 11 top buraxıb.

Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” matçı saat 15:30-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar