Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

Misli Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutacaq.

Öncə “Qəbələ” “Kəpəz”i qəbul edəcək. “Neftçi” “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək. Günün son matçı isə “Sumqayıt”la “Qarabağ” arasında keçiriləcək.

Daha öncə “Sabah” “Səbail”ə 2:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
32-ci tur

28 aprel

“Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu, 15:30.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
“Neftçi Arena”, 17:45.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar