“Neftçi” azarkeşlərə müraciət etdi

“Neftçi” klubu azarkeşlərə müraciət edib.

Sports.az xəbər verir ki, klub Premyer Liqada qalan 5 görüşün vacib olduğu üçün fanatlarını tribunalara səsləyib:

“Əziz “Neftçi” azarkeşləri!

Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırkı vacib məqamda “Neftçi” adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi” ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!”

“Neftçi”nin əsas azarkeş qrupu sayılan “Forza Neftçi” komandanın oyunlarını boykot edib və matçlarda iştirak etmirlər.

Paytaxt klubu bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində “Turan Tovuz”u qəbul edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar