“Qarabağ” “Sumqayıt”a uduzdu, “Kəpəz” və “Neftçi” qalib gəldi

Misli Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

Öncə “Qəbələ” “Kəpəz”i qəbul edib və minimal hesabla uduzaraq Premyer Liqa ilə vidalaşıb. "Kəöəz"in isə elitada qalacağı dəqiqləşib.

“Neftçi” “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi darmadağınla qalib gəlib.

Günün son matçı isə “Sumqayıt”la “Qarabağ” arasında keçirilib. Bu oyunda da meydan sahibləri minimal hesabla üstün olublar.

Daha öncə “Sabah” “Səbail”ə 2:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
32-ci tur

28 aprel

“Qəbələ” – “Kəpəz” 0:1
Qol: Martins Junior, 7.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu, 15:30.

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Ürfan Abbasov, 28. Murad Musayev, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.
Kəpəz: 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 13. Fərid Kələntərov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.

“Neftçi” – “Turan Tovuz” 3:0
Qollar: Filip Ozobiç, 15. Yuri Matias, 31-pen. Rəhman Hacıyev, 70.
Qırmızı vərəqə: Bruno Qonçalves, 62.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
“Neftçi Arena”, 17:45.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 23. Ataa Caber, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
Turan Tovuz: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 7. Luis Paçu, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.

“Sumqayıt” – “Qarabağ” 1:0
Qol: Roi Kehat, 70.
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.
Qarabağ: 99. Andrey Lunyov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar