“Qırmızı vərəqə matçın taleyini həll etdi” - Ayxan Abbasov

“Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətə belə şərh verib:

"Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. "Neftçi" bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. "Neftçi" birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı...Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik".

Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. "Sumqayıt"la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz olmadı. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəlir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar