“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

"Sumqayıt"ı təbrik edirəm. Burada çox xoş təəssüratlar oldu. Bu cür gözəl şəhərin əla stadionu, yaxşı azarkeşləri var. Bu gün də Sumqayıt üçün yaxşı futbol ab-havası, əsl bayram oldu. Onları təbrik edirəm və uğurlar arzulayıram. Özümüzə gəldikdə, pis oynamadıq. Rəqib 90 dəqiqə ərzində bizi sadəcə bir neçə əks-hücumda tutdu. Bundan da yaxşı istifafə etdilər. Oyunda topa daha çox sahib olmaq, meydanda düzgün yerləşmək bizim üçün vacib idi. Bunu bacardıq. Sadəcə bu gün uğur "Sumqayıt"ın tərəfində idi. Yaxşı qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Bu cür stadionda belə oyunların keçirilməsini çox istəyərdik. Futbolçular bu cür ab-havada, belə stadionda daha həvəsli, istəkli olurlar. Azarkeşlər üçün maraqlı oyun oldu".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar