Azərbaycan futbolu
Millimiz seçmə mərhələdə ikinci oyununa çıxır

14.04.2026 | 13:15
19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.
Sports.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Qarşılaşma Xorvatiyanın Luçko şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.
Xatırladaq ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.
Son xəbərlər





























