"Akademiyamızda 1000 nəfər məşq edir" - "Turan"ın prezidenti

"Akademiyamızda 1000 nəfər məşq edir" - "Turan"ın prezidenti

“Çempionluqdan sonra rahatlıqla deyə bilərik ki, Tovuz həqiqətən də voleybol şəhəridir. Təsadüfi deyil ki, akademiyamızda 1000 nəfər məşq edir”.

Sports.az xəbər verir ki, bu sözləri “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O, Tovuzda idmanın inkişafından söz açıb: “Bu rayon nəinki futbol, həm də idman şəhəridir. Təbii ki, azarkeşlər komandadan yüksək nəticə tələb edir. Bu tələbkarlığın nəticəsində oyunçular məsuliyyət daşıyır və bunun öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər”.

Zeynalov yarımfinalda “Gəncə”ni 3:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı təəssüratlarını da bölüşüb: “Çempion olsaq, karyeramın ən böyük uğurlarından biri olar. İnşallah ki, kuboku biz qazanarıq. Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Finalda şanslar 50/50-dir. Baxmayaraq ki, “Gəncə”ni ilk oyunda 3:0 hesabı ilə məğlub etmişdik, oyundan öncə kollektivimizlə görüşəndə qeyd etdim ki, heç kim rahatlaşmasın.

Finala yüksəldiyimiz üçün qızlarımıza gül verdik. Çempion olsaq, onda da maraqlı hədiyyə fikirləşərik.

Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflərdən biri bu idi ki, avrokuboklara vəsiqə qazanaq, artıq bunu təmin etmişik. İkinci hədəfimiz isə çempionluqdur”.

Son xəbərlər
"Qarabağ”dan xanım azarkeşlərə növbəti jest
Stolüstü tennisçilər Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
“Bornmut”un müdafiəçisi “Borussiya”nın təklifindən imtina etdi
AMADA bu tarixləri “Ədalətli İdman Ayı” elan etdi
“Bornmut”un hücumçusu nəhənglərin maraq dairəsindədir
AÇ-yə qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirildi
PSJ-nin ulduzu İngiltərə Premyer Liqasına keçə bilər
“Nəticəyə görə məyusuq”
Azərbaycan yığması Andorra ilə qarşılaşacaq
Bu gün yarımfinalın ikinci oyunları keçiriləcək
Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
Millinin heyətində dəyişiklik edildi
1/4 finalın növbəti oyunları keçiriləcək
Millimiz seçmə mərhələdə ikinci oyununa çıxır
“Roma”nı tərk edəcək futbolçular məlum oldu
Vüsalın komandası darmadağına üzüldü
“Qəbələ”də yeni müqavilə
Günün oyunları – TV
“Real” Endriklə bağlı yekun qərar qəbul etdi
"Akademiyamızda 1000 nəfər məşq edir" - "Turan"ın prezidenti
“Arsenal”ın yarımmüdafiəçisi Avropa nəhənglərinin maraq dairəsindədir
“Hoffenhaym” hücumçusunu satmağa hazırdır
“Real” hücumçusu ilə bağlı yekun qərar qəbul etdi
“Bornmut”un müdafiəçisi “Yuventus”a rədd cavabı verdi
Müdafiəçisi “İnter”i ayıq-sayıq olmağa səslədi
“Bayern” “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
“Qızıl top”a namizədlər açıqlandı
“Roma”nın yay planı məlum oldu
“Levante” “Xetafe”yə qalib gəldi
“Mançester Yunayted” evdə uduzdu
DAHA ÇOX

Ən çox oxunanlar