AÇ-yə qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirildi

AÇ-yə qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirildi

Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Sports.az xəbər verir ki, görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, həmçinin milli komandaların məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitəmiqyaslı mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.

Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.

Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Azərbaycan qitə çempionatında 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.

Son xəbərlər
“Arsenal” gənc ulduzu ilə bağlı hansı qərarı qəbul edəcək?
Millimiz ikinci oyunda da məğlub oldu
Quluzadə 2-ci Liqada “Ayın qolu” mükafatını aldı
Fərid Qayıbov Dobromir Karamarinovu qəbul edib
“Roma”dakı gələcəyi qeyri-müəyyən olan futbolçular məlum oldu
U-13 Liqasında pley-offun püşkü atıldı
“Zəfər Kubokun”da daha 6 medal
Cüdoçularla görüş təşkil edilib
“Yuventus” Perroneni ələ keçirmək niyyətindədir
"Qarabağ”dan xanım azarkeşlərə növbəti jest
Stolüstü tennisçilər Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
“Bornmut”un müdafiəçisi “Borussiya”nın təklifindən imtina etdi
AMADA bu tarixləri “Ədalətli İdman Ayı” elan etdi
“Bornmut”un hücumçusu nəhənglərin maraq dairəsindədir
AÇ-yə qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirildi
PSJ-nin ulduzu İngiltərə Premyer Liqasına keçə bilər
“Nəticəyə görə məyusuq”
Azərbaycan yığması Andorra ilə qarşılaşacaq
Bu gün yarımfinalın ikinci oyunları keçiriləcək
Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
Millinin heyətində dəyişiklik edildi
1/4 finalın növbəti oyunları keçiriləcək
Millimiz seçmə mərhələdə ikinci oyununa çıxır
“Roma”nı tərk edəcək futbolçular məlum oldu
Vüsalın komandası darmadağına üzüldü
“Qəbələ”də yeni müqavilə
Günün oyunları – TV
“Real” Endriklə bağlı yekun qərar qəbul etdi
"Akademiyamızda 1000 nəfər məşq edir" - "Turan"ın prezidenti
“Arsenal”ın yarımmüdafiəçisi Avropa nəhənglərinin maraq dairəsindədir
DAHA ÇOX

Ən çox oxunanlar