Dünya futbolu
“Real” Endriklə bağlı yekun qərar qəbul etdi

14.04.2026 | 12:00
“Real” rəhbərliyi “qaymaqlılar”ın 19 yaşlı braziliyalı mərkəz hücumçusu Endriklə bağlı yekun qərar qəbul edib.
Sports.az xəbər verir ki, Endrik cari mövsümün sonunda Lion “Olimpik”ində icarə müddətini başa vurduqdan sonra Madrid komandasının düşərgəsinə qayıdacaq.
Vurğulanır ki, “Kral klubu” Endriklə bağlı təklifləri baxışdan keçirmək niyyətində deyil, gənc istedad növbəti mövsümdə “Real”ın əsas oyunçularından olacaq.
Son xəbərlər





























