Azərbaycan futbolu
Millimiz seçmə mərhələdə üçüncü oyununa çıxır

17.04.2026 | 12:45
19 yaşadək qızlardan futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
Sports.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv bu gün Gürcüstan yığması ilə üz-üzə gələcək.
Görüş Xorvatiyanın Luçko şəhərində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.
Son xəbərlər





























