“Neftçi” “Qarabağ”la oyunlar üçün biletləri satışa çıxardı

“Neftçi” “Qarabağ”la oyunlar üçün biletləri satışa çıxardı

"Neftçi" Misli Premyer Liqasında növbəti iki oyununu “Palms Sports Arena”da “Qarabağ”a qarşı keçirəcək.

Sports.az xəbər verir ki, paytaxt klubu Ağdam təmsilçisini aprelin 26-da saat 19:00-da 29-cu tur matçında, ayın 30-u saat 20:00-da isə 21-ci turdan təxirə salınmış görüşdə qəbul edəcək.

Hər iki matçın biletləri satışa çıxarılıb. Azarkeşlər bir bilet almaqla hər iki oyunu tribunadan izləyə bilərlər. Biletləri “Neftçi”nin mobil tətbiqindən və //bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

“Qarabağ”la ilk görüş üçün biletlərin qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edir.

Hər iki oyuna bir bilet alanda isə (“bundle”) qiymət 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 5 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 8 (“Anatoli Banişevski alt” sektoru), 27 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 36 (“VIP Gold” sektoru) AZN-dir. Bu yalnız onlayn alınan biletlər üçün keçərlidir.

Stadionun kassasında isə biletlər hər iki oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Son xəbərlər
“Real” Mastantuono ilə bağlı qərar verdi
“Sumqayıt” “Qəbələ”yə qarşı - YENİLƏNİR
“Barselona” Braziliya futbolunun yeni ulduzuna göz qoyur
“Barselona” “Atalanta”nın müdafiəçisinə ciddi maraq gösətrir
Almaniya nəhəngləri “Lokomotiv”in istedadı ilə maraqlanırlar
“Real”ın heyətində yenidənqurma gözlənilir
“Barselona” növbəti mövsümə transfer hazırlığındadır
İngiltərə nəhəngləri Edersonla maraqlanırlar
Xavi Simons “Tottenhem”dən ayrıla bilər
PSJ “Arsenal”ın hücumçusunu satın almağa qərar verdi
Bürünc mükafatçı bəlli oldu
Kotsoyev diskvalifikasiya edildi, Azərbaycan AÇ-ni 4 medalla başa vurdu
Mikelsin durumuna aydınlıq gəldi
“Neftçi”dən derbi öncəsi təhlükəsizlik tədbirləri
Müdafiəçisi “Barselona” ilə müqaviləsini yeniləməkdən imtina etdi
“Neftçi” “Qarabağ”la oyunlar üçün biletləri satışa çıxardı
“Real” daha bir mütəxəssisi nəzərdən keçirir
Umudov Avropa çempionatı öncəsi milli üzvləri ilə görüşdü
Nəriman oynadı, komandası uduzdu
“Barselona”nın ulduzu “Yuventus”un nümayəndələri ilə görüşəcək
Qnabrinin DÇ-də iştirakı sual altına düşüb
Nicat Abasov və Aydın Süleymanlı AÇ-də liderliyi bölüşürlər
Rabyo Səudiyyə Ərəbistanından sərfəli təklifi rədd etdi
Yüksək Liqada mövsümün həlledici görüşləri baş tutacaq
AÇ-nin son günündə daha 3 cüdoçumuz mübarizəyə qoşulur
Günün oyunları – TV
Bastoni “İnter”ə təzyiq göstərməyə hazırdır
Konte “Napoli”nin klub rəhbərliyi ilə görüş keçirəcək
“Kəpəz” “İmişli”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
İspaniya kubokunun qalibi bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar