Dünya futbolu
Nəriman oynadı, komandası uduzdu

19.04.2026 | 12:20
ABŞ-da MLS liqasının Şərq Konfransının 8-ci turunun oyunları keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı "Kolumbus Kru” səfərdə "Nyu-Enqland Revolyuşn”a 1:2 hesabı ilə məğlub olub.
Nəriman meydana 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra daxil olub.
"Kolumbus Kru" hazırda turnir cədvəlində 6 xalla 12-ci pillədədir.
Son xəbərlər





























