Digər
Umudov Avropa çempionatı öncəsi milli üzvləri ilə görüşdü

19.04.2026 | 12:40
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa çempionatı öncəsi komanda üzvlərimizlə görüşüb.
Sports.az xəbər verir ki, yığma komandamızın baş məşqçisi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 4 idmançımız körpücük üzərinə çıxacaq. Tehran Məmmədov sabah, İsa Rüstəmov, Ravin Alməmmədov və Əli Şükürlü isə növbəti günlərdə mübarizə aparacaqlar.
Təmsilçilərimizdən Əli Şükürlü komandaya 22 aprel tarixindən etibarən qoşulacaq.
Son xəbərlər





























