Dünya futbolu
Müdafiəçisi “Barselona” ilə müqaviləsini yeniləməkdən imtina etdi

19.04.2026 | 13:40
“Barselona”nın 30 yaşlı danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen Kataloniya klubu ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib.
Sports.az xəbər verir ki, buna rəğmən, tərəflər arasında müvafiq mövzuda danışıqlar davam edir.
Vurğulanır ki, Kristenseni “Barselona”nın təklif etdiyi şəxsi müqavilə şərtləri qane etməyib. Tərəflər arasında növbəti görüşün baş tutacağı bildirilir.
Son xəbərlər





























