“Rəqib tempi yüksəltməyimizi istəmirdi” - Ayxan Abbasov

“Rəqib tempi yüksəltməyimizi istəmirdi” - Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Karvan-Yevlax”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı. Qarşıdakı matçlara baxacağıq.

Hava isti idi, bu da imkan vermədi. Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur.

Motivasiya baxımından bizdə problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübarizəli görünə bilərdi”.

Son xəbərlər
İspaniya kubokunun qalibi bəlli oldu
Finalçılar müəyyənləşdi
“Loryan”dan inamlı qələbə
“Çelsi” “Mançester Yunayted”ə məğlub oldu
“Napoli” evdə uduzdu
“Borussiya” səfərdə, “Bayer” evdə uduzdu
“Qalatasaray”dan çətin qələbə
“Sabah”ın “Qarabağ” üzərində növbəti qələbəsi - VİDEO
“Sabah” qələbəni haqq edirdi” – Qurban Qurbanov
Liqa yarışının 2-ci turuna start verilib
“Hesabda öndə olmağa layiq tərəf biz idik” - Dambrauskas
“Bayern” “Feyenoord”un cinah müdafiəçisi ilə maraqlanır
Çempionlar turnirinin ilk günündən 5 medal
“Qarabağ” “Sabah”a yenə uduzdu
“Real” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
“Yuventus”da yeni müqavilə
“Real”ın ulduzuna Avropada maraq yoxdur
“D” kateqoriyalı məşqçi kursları başa çatıb
“Karvan-Yevlax”ın növbəti qələbəsi - VİDEO
Levandovski “Milan”a keçə bilər
“Bizə olan ümidləri doğrultmağa çalışdıq”
Millimiz Andorra üzərində qələbə qazandı
“Qələbələrin davamını gözləyirəm”
“Atletiko” Edersondan imtian edir?
Azərbaycan çempionu bəlli oldu
“Rəqib tempi yüksəltməyimizi istəmirdi” - Ayxan Abbasov
Avarçəkənlərimizdən Türkiyədə 3 medal
Modriç “Milan”la müqaviləsini yeniləyə bilər
Tçkayev Avropa çempionatında bürünc medal qazandı
Azərbaycan boksçuları Dünya Kubokunda mübarizə aparacaqlar
DAHA ÇOX

Ən çox oxunanlar