“Bizə olan ümidləri doğrultmağa çalışdıq”

“Bizə olan ümidləri doğrultmağa çalışdıq”

Qadınlardan ibarət Azərbaycan millisi bu gün 2027-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığmasını qəbul edib.

Sports.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn Azərbaycan yığmasının məşqçisi Rövşən Qasımovun oyundan sonra mətbuat konfransı keçirilib. Qasımov bildirib:

"Çox gözəl atmosfer var idi. Çalışdıq ki, bizə olan ümidləri doğruldaq. İnanıram ki, azarkeşlər zövq aldılar. Məşqçilər heyəti olaraq qızlardan razı qaldıq.

Qarşıdakı oyunlar çox vacibdir. Macarıstan və Şimali Makedoniya milliləri ilə iyunda keçiriləcək oyunlara tam fokuslanmışıq. Deməzdik ki, yalnız macarlarla oyun önəmlidi, hər iki qarşılaşma vacibdir. Ona görə də bu gün bəzi qızlarımızı qoruduq.

Sevinc Cəfərzadənin potensialına bələdik. O, gərək meydanda elə bir zədə alsın ki, meydanda gəzə bilmədiyini görüb meydandan çıxaraq. Çünki bizim üçün çox vacib oyunçudur. İlk hissədən sonra da özündən soruşduq və dedi ki, sona kimi oynamaq istəyirəm.

Bu gün meydançada hər millimetr uğrunda mübarizə apardıq. Çalışırıq ki, belə də davam edək.

Strategiyamız var və ona uyğun gedirik. Bu gün çox şey alınmır, müəyyən epizodlar var. Qızlarımızın 90 faizi legioner həyatı yaşayır. Bəli, bu əladır. Amma bu gün biz çalışırıq ki, döyüşkən ruhu saxlayaq. Biz inkişaf edirik, rəqiblər də böyüyür. 

Bir neçə il bundan qabaq desəydilər ki, hansısa futbolçumuz Bundesliqada çıxış edəcək, inandırıcı olmazdı. Amma bu oldu. Yəni biz dayanmırıq, çalışırıq".

Son xəbərlər
İspaniya kubokunun qalibi bəlli oldu
Finalçılar müəyyənləşdi
“Loryan”dan inamlı qələbə
“Çelsi” “Mançester Yunayted”ə məğlub oldu
“Napoli” evdə uduzdu
“Borussiya” səfərdə, “Bayer” evdə uduzdu
“Qalatasaray”dan çətin qələbə
“Sabah”ın “Qarabağ” üzərində növbəti qələbəsi - VİDEO
“Sabah” qələbəni haqq edirdi” – Qurban Qurbanov
Liqa yarışının 2-ci turuna start verilib
“Hesabda öndə olmağa layiq tərəf biz idik” - Dambrauskas
“Bayern” “Feyenoord”un cinah müdafiəçisi ilə maraqlanır
Çempionlar turnirinin ilk günündən 5 medal
“Qarabağ” “Sabah”a yenə uduzdu
“Real” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
“Yuventus”da yeni müqavilə
“Real”ın ulduzuna Avropada maraq yoxdur
“D” kateqoriyalı məşqçi kursları başa çatıb
“Karvan-Yevlax”ın növbəti qələbəsi - VİDEO
Levandovski “Milan”a keçə bilər
“Bizə olan ümidləri doğrultmağa çalışdıq”
Millimiz Andorra üzərində qələbə qazandı
“Qələbələrin davamını gözləyirəm”
“Atletiko” Edersondan imtian edir?
Azərbaycan çempionu bəlli oldu
“Rəqib tempi yüksəltməyimizi istəmirdi” - Ayxan Abbasov
Avarçəkənlərimizdən Türkiyədə 3 medal
Modriç “Milan”la müqaviləsini yeniləyə bilər
Tçkayev Avropa çempionatında bürünc medal qazandı
Azərbaycan boksçuları Dünya Kubokunda mübarizə aparacaqlar
DAHA ÇOX

Ən çox oxunanlar