Digər
Azərbaycan çempionu bəlli oldu

18.04.2026 | 18:45
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
Sports.az xəbər verir ki, final oyununda "Xilasedici" "Ordu" ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Xilasedici"nin qələbəsi ilə yekunlaşıb - 3:1.
Beləliklə, komanda ölkə çempionu adına sahib çıxıb.
Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" "Murov Az Terminal"ı üstələmişdi - 3:0.
Son xəbərlər





























