Millimiz Andorra üzərində qələbə qazandı

Millimiz Andorra üzərində qələbə qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.

Sports.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb.

Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüş Siyasət Əsgərovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.

Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Macarıstan 10 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.

Son xəbərlər
İspaniya kubokunun qalibi bəlli oldu
Finalçılar müəyyənləşdi
“Loryan”dan inamlı qələbə
“Çelsi” “Mançester Yunayted”ə məğlub oldu
“Napoli” evdə uduzdu
“Borussiya” səfərdə, “Bayer” evdə uduzdu
“Qalatasaray”dan çətin qələbə
“Sabah”ın “Qarabağ” üzərində növbəti qələbəsi - VİDEO
“Sabah” qələbəni haqq edirdi” – Qurban Qurbanov
Liqa yarışının 2-ci turuna start verilib
“Hesabda öndə olmağa layiq tərəf biz idik” - Dambrauskas
“Bayern” “Feyenoord”un cinah müdafiəçisi ilə maraqlanır
Çempionlar turnirinin ilk günündən 5 medal
“Qarabağ” “Sabah”a yenə uduzdu
“Real” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
“Yuventus”da yeni müqavilə
“Real”ın ulduzuna Avropada maraq yoxdur
“D” kateqoriyalı məşqçi kursları başa çatıb
“Karvan-Yevlax”ın növbəti qələbəsi - VİDEO
Levandovski “Milan”a keçə bilər
“Bizə olan ümidləri doğrultmağa çalışdıq”
Millimiz Andorra üzərində qələbə qazandı
“Qələbələrin davamını gözləyirəm”
“Atletiko” Edersondan imtian edir?
Azərbaycan çempionu bəlli oldu
“Rəqib tempi yüksəltməyimizi istəmirdi” - Ayxan Abbasov
Avarçəkənlərimizdən Türkiyədə 3 medal
Modriç “Milan”la müqaviləsini yeniləyə bilər
Tçkayev Avropa çempionatında bürünc medal qazandı
Azərbaycan boksçuları Dünya Kubokunda mübarizə aparacaqlar
DAHA ÇOX

Ən çox oxunanlar