Dünya futbolu
“Bayern” Nikolas Ceksonla bağlı qərar qəbul etməli olacaq

22.04.2026 | 16:00
“Bayern” cari mövsümün sonuna qədər müddətə “Çelsi”dən icarəyə götürdüyü seneqallı mərkəz hücumçusu Nikolas Ceksonla bağlı qərar qəbul etməli olacaq.
Sports.az xəbər verir ki, “Bayern”in baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani seneqallı hücumçunun tamhüquqlu əsasda satın alınmasını tələb edir.
Vuğrulanır ki, daha əvvəl Münhen klubu Ceksonla yollarını icarə müqaviləsinin başa çatması ilə ayırmaq niyyətində idi. Amma seneqallı futbolçunun son vaxtlar tərəqqi etməsi, “Bayern”in fikrini müsbətə doğru dəyişib.
Son xəbərlər





























