Dünya futbolu
“Yuventus” ondan “can qurtarmaq” niyyətindədir

22.04.2026 | 15:20
“Yuventus” rəhbərliyi “byankoneri”nin 28 yaşlı niderlandlı dayaq yarımmüdafiəçisi Tyon Kopmeynersin yayda satışına çalışır.
Sports.az xəbər verir ki, Turin klubunun müvafiq məsələdə fəaliyyətini “can qurtarmaq” ifadəsi ilə qiymətləndirmək olar.
Belə ki, “Qoca Sinyora” bütün seçimlərə açıqdır.
Vurğulanır ki, “Yuventus” rəhbərliyi klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq naminə, Kopmeynersin 30 milyon avro məbləğində satışına da razıdır.
Son xəbərlər





























