"Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq" - Qurban Qurbanov

"Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər və vacib üç xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".

Sports.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 29-cu turunda "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. Mütəxəssis start heyəti seçimi və tətbiq edilən rotasiyaların səbəbini oyunçuların yorğunluğu və sıx qrafik ilə əlaqələndirib:

"Futbolçuların hazırlığına görə bu addımı atdım. Futbolçular sıx qrafikdə oynayırdılar. Bəzi oyunçuların yorğunçuluğu çox idi. Ona görə bəzi rotasiyalar etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər".

Baş məşqçi "Neftçi"yə qarşı oyunların xüsusi motivasiya tələb etmədiyini vurğulayaraq böyükhesablı qələbədən sonra komandanı növbəti matçlara kökləməyin daha çətin olacağını diqqətə çatdırıb:

"Hazırlaşmağa bir o qədər vaxtımız da olmadı. Komanda şəklində bir məşqimiz oldu. "Neftçi"yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Bu oyunları oynamaq xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Önəmli məqam bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyük hesablı qələbə futbolçuları arxayınlaşdıra bilər. Bu oyuna hazırlaşmaq daha çətin olacaq".

Son xəbərlər
“Borussiya”dan darmadağın
İngiltərə kubokunda finalçılar bəlli oldu
Azərbaycan derbisində 6 qol - VİDEO
“Qarabağ”ın səviyyəsinə çatmaq asan deyil” - Vernidub
"Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq" - Qurban Qurbanov
“Şamaxı”dan inamlı qələbə, “Qarabağ”dan darmadağın
Cəfərovdan dünya kubokunda qızıl medal
“Kəpəz” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Dinamo”dan darmadağın
Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb
“Qarabağ”ın futbolçunun atası vəfat edib
“Rəhbərliyin dəstəyini hiss edirəm” - Azər Bağırov
“Çempionata rəng qata bilmişik” - Ayxan Abbasov
“Real”ın əsas namizədi
Millimizn futbolçusu Qazaxıstan klubu ilə anlaşdı
Freyzer “Sabah”la final oyunlarını buraxa bilər
İkinci finalçı da bəlli oldu
“Bu, mənim üçün çox prinsipial görüş idi”
Nəriman ehtiyatda qaldı, komandası…
“Prezident Kuboku” öncəsi Ağdərə sakinləri ilə görüş keçirilib
Asiya Çempionlar Liqasının qalibi bilindi
Vüsal oynadı, komandası səfərdə uduzdu
“Arsenal”dan Premyer Liqada yeni rekord
Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçdi
Üç boksçumuz Dünya kubokunun finalında
Bu gün ikinci finalçı bəlli ola bilər
Azərbaycanın dağ xizəkçisi Norveçdə 4-cü oldu
Azərbaycanın dörd güləşçisi üçün AÇ-də “qızıl” şans
Günün oyunları – TV
“Uğurlarımız ictimaiyyətdən kifayət qədər diqqət görmədi”
DAHA ÇOX

Ən çox oxunanlar