“Prezident Kuboku” öncəsi Ağdərə sakinləri ilə görüş keçirilib

“Prezident Kuboku” öncəsi Ağdərə sakinləri ilə görüş keçirilib

27 aprel–1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası ərəfəsində Azərbaycan Su İdman Növləri Federasiyasının nümayəndələri Ağdərə sakinləri ilə görüş keçiriblər.

Sports.az xəbər verir ki, Ağdərədə Həsənriz kəndinə köç edən sakinlərlə görüş zamanı bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında aprelin 27-də ilk dəfə Sərsəng su anbarında beynəlxalq idman tədbiri təşkil olunacaq. Tədbirin "Prezident Kuboku-2026" beynəlxalq reqatası çərçivəsində keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, saat 12:00-dan etibarən Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaqlar.

Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

ASİNF Prezident Kuboku 2026 öncəsi Ağdərə sakinləri ilə görüş keçirib

Son xəbərlər
Freyzer “Sabah”la final oyunlarını buraxa bilər
İkinci finalçı da bəlli oldu
“Şamaxı” “Kəpəz”ə qarşı - YENİLƏNİR
“Bu, mənim üçün çox prinsipial görüş idi”
Nəriman ehtiyatda qaldı, komandası…
“Prezident Kuboku” öncəsi Ağdərə sakinləri ilə görüş keçirilib
Asiya Çempionlar Liqasının qalibi bilindi
Vüsal oynadı, komandası səfərdə uduzdu
“Arsenal”dan Premyer Liqada yeni rekord
Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçdi
Üç boksçumuz Dünya kubokunun finalında
Bu gün ikinci finalçı bəlli ola bilər
Azərbaycanın dağ xizəkçisi Norveçdə 4-cü oldu
Azərbaycanın dörd güləşçisi üçün AÇ-də “qızıl” şans
Günün oyunları – TV
“Uğurlarımız ictimaiyyətdən kifayət qədər diqqət görmədi”
Ölkə birinciliyinin qalibi bəlli oldu
Peşəkar Çövkən Liqasının 5-ci turu başa çatıb
“Şamaxı” “Kəpəz”ə, “Neftçi” “Qarabağ”a qarşı
PSJ-dən darmadağın
“Barselona”dan növbəti qələbə
“Roma” inamlı qələbəyə sevindi
“Eyüpspor”dan darmadağın
“Liverpul” və “Arsenal”dan qələbə
“Bayern”dən əzmkar qələbə
“Mançester Siti” finalda
Azərbaycanın 4 güləşçisi Avropa çempionatının finalında
İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı
“Neftçi”nin hücumçusu derbini buraxacaq
“Sübut etdik ki, olduğumuz yerə layiq deyilik” - Sxadadze
DAHA ÇOX

Ən çox oxunanlar