“Uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib

“Uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə Bakı Avropa Liseyində məktəblilər üçün “Uşaq hüquqlarının qorunması” mövzusunda növbəti maarifləndirici seminar təşkil olunub.

Sports.az xəbər verir ki, liseyin 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarova və AFFA-nın uşaqların hüquqlarının qorunması üzrə məsul əməkdaşı Şəbnəm Eyyubova tərəfindən həyata keçirilib.

İnteraktiv formatda təşkil olunan görüş zamanı müxtəlif maarifləndirici oyunlar vasitəsilə şagirdlərə hüquqların növləri və onların gündəlik həyatdakı əhəmiyyəti barədə məlumat verilib. Bu oyunlar şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onların müxtəlif situasiyalarda düzgün qərar qəbul etmə və öz hüquqlarını müdafiə etmə bacarıqlarının inkişafına töhfə verib. Eyni zamanda, iştirakçılara futbol mühitində təhlükəsiz mühitin formalaşdırılması, zorakılıq və ayrı-seçkiliyin qarşısının alınması yolları ətraflı izah edilib.

Seminarın yekun hissəsində şagirdlərin aktiv iştirakı ilə açıq müzakirələr aparılıb, real situasiyalar ətrafında fikir mübadiləsi baş tutub. Sual-cavab formatında davam edən görüşdə mütəxəssislər şagirdləri maraqlandıran sualları cavablandırıb, onların təklif və rəylərini dinləyiblər.

Son xəbərlər
Hakiminin zədəsi ilə bağlı məlumat açıqlandı
İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurur
“7 ay idi ki, bu yarışı düşünürdüm” - İlyasov
“Neftçi” “Qarabağ”a qarşı - YENİLƏNİR
Bakıda Avropa Kubokunun açılış mərasimi olub
“Prezident Kuboku”nda ikinci yarış gününün qalibləri mükafatlandırıldı
“Uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib
AFFA rəhbərliyi FIFA-nın Konqresində
Premyer Liqada 30-cu turun iki görüşünə təyinatlar açıqlandı
“Milan” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
“Səbail”dən darmadağın
Mövsümün ən fərqli qələbəsi
“Neftçi”nin əvəzediciləri uduzdu, “Turan Tovuz” qələbə qazandı
Premyer Liqa təmsilçisində baş məşqçi ayrılığı
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”də ilk rəqibləri bəlli oldu
Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurdular
Müdafiəçisi “Real”dan ayrıla bilər
Binə stadionunun ot örtüyünə FIFA sertifikatı verildi
Bakı şəhər yay birinciliyi keçiriləcək
“Çelsi” “Bayern”in qapıçısı ilə maraqlanır
Bakıda Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
Azər İlyasovdan “Prezident Kuboku”nda qızıl medal
Nikolas Cekson A Seriyasına keçə bilər
İsmayıllıda yeni idman zonası açılıb
Azərbaycan avarçəkənlərindən daha 2 medal
Kaysedo “Çelsi”ni tərk edə bilər
“Perspektivli komandamız var, daha güclü potensiala malikik”
İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib
Millimiz son oyununda Pakistanı məğlub etdi
MY Uqarteni satışa çıxaracaq
DAHA ÇOX

Ən çox oxunanlar