Dünya futbolu
Premyer Liqa təmsilçisində baş məşqçi ayrılığı

30.04.2026 | 18:45
İngiltərənin "Börnli" klubu baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.
Sports.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub rəhbərliyi ötən həftə çempionatı tərk edəcəkləri dəqiqləşəndən sonra onun taleyi ilə bağlı müzakirələr aparıb.
Maykl Cekson “Börnli”nin yeni baş məşqçisi təyin edilib. O, son bir neçə ildir ki, komandanın məşqçilər heyətinin üzvüdür və cari mövsümün sonuna qədər baş məşqçi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, "Börnli" 2024/2025 mövsümündə Skott Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.
Son xəbərlər





























