“Meydana çıxan hər oyunçu “Neftçi”nin futbol fəlsəfəsini bilir”

“Meydana çıxan hər oyunçu “Neftçi”nin futbol fəlsəfəsini bilir”

"Neftçi"nin meydana çıxan hər oyunçusu necə futbol fəlsəfələrinin olduğunu bilir.

Sports.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın qapıçısı Emil Balayev klubun rəsmi televiziyasına açıqlamasında bildirib.

32 yaşlı qolkiper "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyundan sonra fikirlərini bölüşüb:

"Çox sevinirəm. Uzun müddətdir ki, "Qarabağ"a qarşı qalibiyyətimiz yox idi. Həmin qələbəyə bu matçda nail olduq. Məşqçilər heyətinə, "Neftçi" ailəsinə təşəkkür edirəm. Hamı inandı, mənə bu qarşılaşmada etimad göstərdilər. Etimadı doğrultmağa çalışdım. Əlimizdən gələni etməyə çalışdıq. Komandada qlobal dəyişikliyin olduğunu deməzdim. Meydana çıxan hər oyunçu necə futbol fəlsəfəmizin olduğunu bilir. Məşqçinin tapşırıqlarını yerinə yetirəndə, belə nəticə qeydə alınır".

E.Balayev aprelin 26-da "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları qarşılaşmanı xatırlayıb:

"Həmin matçda oyunumuz alınmadı. Bu görüşdə isə qalib gəldik. Əvvəlki qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, azarkeşlərimiz bizi tək qoymadılar, dəstək oldular. Onların dəstəyi sayəsində qalib gəldik".

Xatırladaq ki, "Neftçi" hazırda Misli Premyer Liqasında 47 xalla dördüncü pillədə qərarlaşıb.

Son xəbərlər
“Qarabağ” - “Turan Tovuz” oyununun biletləri satışdadır
“Barselona” yeni müdafiəçi ilə güclənə biər
“İmişli”dən İdris İnqilablı ilə yeni müqavilə
“Meydana çıxan hər oyunçu “Neftçi”nin futbol fəlsəfəsini bilir”
“Real”ın hücumçusu Avropa klublarının maraq dairəsindədir
Keyn liderliyi ələ keçirdi
Elvin Kazımovdan Tailandda qızıl medal
Peresin alman mütəxəssislə bağlı xəyalı puç oldu
“Bakı Marafonu”na görə bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Füzulidə futbol festivalı keçirilib
“Komo”da Fabreqasla bağlı arxayınlıq hökm sürür
Günün oyunları – TV
“Prezident Kuboku”na bu gün yekun vurulacaq
“Arsenal”ın hücumçusu “Bayern”ə keçə bilər
Tonali gələcəyi ilə bağlı qərar qəbul etdi
Qnabri İngiltərə Premyer Liqasına qayıda bilər
Müdafiəçisi “Barselona”dan ayırlmağa yaxındır
“Şaxtyor” uduzdu, “Rayo Valyekano” qalib gəldi
“Nottingem Forest” və “Braqa”dan ilk oyunda qələbə
Mourinyo “Real”a can atır, amma…
Xulian Alvaresin zədəsi ilə bağlı məlumat yayıldı
“Qarabağ” “Neftçi”yə belə uduzdu - VİDEO
“Hörmətsizlik deyil, sadəcə yorğunam” - Vernidub
“Həmişə çempion olmalıyıq deyə qayda yoxdur” - Qurban Qurbanov
“Real” fransız mütəxəssislə maraqlanır
Fabreqasın iddiası məlum oldu
9-cu çempion: 18 ildə ilk
Florentino Peres alman mütəxəssis haqda xəyal edir
Noyer gələcəyi ilə bağlı qərar qəbul etdi
“Neftçi” “Qarabağ”a qalib gəldi, "Sabah" çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar