Dünya futbolu
Mourinyo “Real”a can atır, amma…

30.04.2026 | 23:40
“Benfika”nın baş məşqçisi, 63 yaşlı portuqal məşhur mütəxəssis Joze Mourinyo “Real”ın sükanı arxasına keçməyə can atır.
Sports.az xəbər verir ki, “Real”ın da müvafiq təyinatda maraqlı olduğu bir mənzərədə “Benfika” “Mour”u “Kral klubu”na buraxmaq istəmir.
Portuqaliya nəhəngi, Mourinyunun 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqaviləsi üzrə öz öhdəlikərini yerinə yetirməsini tələb edir.
Xatırladaq ki, Joze Mourinyo “Real”ı 2010–2013-cü illərdə çalışdırıb.
Son xəbərlər





























