Dünya futbolu
Xulian Alvaresin zədəsi ilə bağlı məlumat yayıldı

30.04.2026 | 23:30
Məlum olduğu kimi Madrid “Atletiko”sunun argentinalı hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinal mərhələsinin “Arsenal”a qarşı “Metropolitano”da keçirilmiş ilk oyununda (1:1) zədələnərək, ikinci hissədə əvəzlənib.
Sports.az xəbər verir ki, Alvaresi zədəsinin ciddi olmadığı məlum olub.
Vurğulanır ki, argentinalı hücumçu mayın 5-də “Emireyts”də “Arsenal”a qarşı keçiriləcək cavab oyununda “döşəkçilər”ə kömək edə biləcək.
Son xəbərlər





























