İlk Azərbaycan Kubokunun qalibi: “Titulu qazanmağa layiq idik”

İlk Azərbaycan Kubokunun qalibi: “Titulu qazanmağa layiq idik”

1992-ci ildə ilk Azərbaycan Kubokunun qalibi olan "İnşaatçı" titulu qazanmağa layiq idi.

Sports.az xəbər verir ki, bu barədə həmin vaxt komandanın baş məşqçisi olmuş Məmmədəli Məmmədov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis turnirin ilk final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:

"1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik".

M.Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:

"Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq. 1/4 finalda rəqibimiz "Neftçi" idi. Futbolçularıma demişdim ki, "Neftçi"ni keçəcəyiksə, deməli, kuboku özümüz qazanacağıq. 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazandıq. Burada rəqibimiz "Neftçi" ilə bərabər gücə sahib olan "Xəzər" (Sumqayıt) komandası idi. Oyunsonrası penaltilər seriyasında qalib olduq və finala çıxdıq. Finalda "Kür" (Mingəçevir) komandasını məğlub edərək şərəfli tarix yazdıq".

O, 1992-ci ildə ölkədə müharibə vəziyyəti olduğunu sözlərinə əlavə edib:

"Komandalar bir-birinə anlayışla yanaşırdılar və kömək edirdilər. Kuboku qazandıqdan bir müddət sonra Tovuza oyuna getmişdik. Bizi təntənəli şəkildə, gül dəstələri ilə qarşıladılar. Unudulmaz hisslər idi. Bəzi oyunçularımızı itirdiyimizə görə məyus idik. Ancaq adımızı tarixə yazdırdığımıza görə mövsüm yaddaqalan alındı. Hər il kubokun finalı keçiriləndə, şərhçilər "İnşaatçı" komandasının adını çəkəndə kövrəlirəm. O komanda indi mövcud olmasa da, qəlbimizdə hələ də yaşayır".

Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Son xəbərlər
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində keçirilən yarış başa çatıb
Çempionlar Liqası tarixində ilk
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
ÇL-in qalibi karyerasını bitirdi
“İmişli”nin əməkdaşları “Trabzonspor”un qonağı olub
İlk Azərbaycan Kubokunun qalibi: “Titulu qazanmağa layiq idik”
“Bütün hazırlığımız Bakıdakı dünya çempionatına yönəlib”
“CBC Sport” bəyanat yaydı: ÇL oyunu niyə yayımlanmayıb?
Mundialın bütün oyunlarını izlə 50000 dollar qazan
“Şadam ki, bunu bacardım” - Xəzər Babazadə
Paraüzgüçülərimiz üçün Berlin sınağı
Bakıda keçirilən Beynəlxalq Şahmat Festivalına yekun vuruldu
"Turan Tovuz" - "Karvan-Yevlax" oyununun biletləri satışda!
“Neftçi” ilk oyunda qələbə qazandı
“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda
AVF rəsmisi CEV-in Maliyyə Komissiyasının iclasında iştirak edib
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
FİFA-dan “Neftçi”yə transfer qadağası
“Real”ın düşərgəsində intizamsızlıq hökm sürür
Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək
Konfrans Liqasında finalçılar müəyyənləşir
“Neftçi” dünya seriyasında mübarizəyə başlayır
Avropa Liqasında finalçılar bəlli olacaq
Günün oyunları – TV
“Real” Mourinyo ilə danışıqlar apardı
“Barselona” əsas ulduzunu sata bilər
PSJ “Bayern”i finala buraxmadı
Müdafiəçisi “Yuventus”dan ayrıla bilər
“Barselona” “Çelsi”nin hücumçusu ilə maraqlanır
Heydər Əliyev kuboku: 16 boksçumuz finalda!
DAHA ÇOX

Ən çox oxunanlar