FİFA-dan “Neftçi”yə transfer qadağası

FİFA-dan “Neftçi”yə transfer qadağası

FIFA “Neftçi”yə transfer qadağası qoyub.

Sports.az xəbər verir ki, bununla bağlı qərar FİFA-nın saytında dərc olunub.

Cəzanın səbəbi açıqlanmayıb. Lakin adətən belə qərarlar ya klubun hazırkı və ya sabiq futbolçuları/məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.

“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.

Lakin FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".

Son xəbərlər
PSJ-dən növbəti qələbə
“Barselona” “Real” üzərində qələbə ilə çempion oldu
“Milan” uduzdu, “Roma” qalib gəldi
“Maynts” uduzdu, “Hamburq” qalib gəldi
“Ağstafadan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən, Qazaxdan dəstək istəyirik” - Ehtiram Quliyev
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Arsenal”dan çətin qələbə
“Turan Tovuz”a bir qol bəs etdi - VİDEO
“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
“Şamaxı”da son iki oyunum qalıb” – Ayxan Abbasov
“Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, “Neftçi” darmadağına sevindi
Gürcüstandan 12 medalla
“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev
“Yenidən Premyer Liqaya qayıda bilərik” - Füzuli Məmmədov
“Araz Saatlı”, “Göygöl” və “Ağdaş”dan qələbə
Azərbaycan millisi Qoridə 3-cü oldu
“Sabah”ın əvəzediciləri Qəbələdə xalsız qaldı
Avropa çempionatına 6 parataekvondoçu ilə
“Böyük Dəbilqə”də bir medal
İbrahimov mükafatlandırıldı
Vyetnamda 1 dəst medal
Alaba İtaliya A Seriyasına keçə bilər
“Sportinq” məzununu kluba qaytarmaq istəyir
Vlahoviç iki nəhəngdən birinə qoşula bilər
“Bayern” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
Bartezaqi “Milan”la bağlı arzusunu dilə gətirdi
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Qrinvud Premyer Liqaya qayıda bilər
PSJ əsas ulduz ilə bağlı qərar qəbul etdi
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar