Azərbaycan futbolu
"Turan Tovuz" - "Karvan-Yevlax" oyununun biletləri satışda!

07.05.2026 | 14:00
Premyer Liqanın 31-ci turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Karvan-Yevlax" oyununun biletləri satışa çıxarılıb.
Sports.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 10 may tarixində, saat 17:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
Son xəbərlər





























