“CBC Sport” bəyanat yaydı: ÇL oyunu niyə yayımlanmayıb?

“CBC Sport” bəyanat yaydı: ÇL oyunu niyə yayımlanmayıb?

"CBC Sport" telekanalı ötən gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin "Bayern" - PSJ cavab oyununun yayımının baş tutmaması ilə əlaqədar bəyanat yayıb.

Sports.az xəbər verir ki, görüşün Bakı vaxtı ilə saat 23:00-dan etibarən sözügedən telekanal vasitəsi ilə nümayişi nəzərdə tutulsa da, gözlənildiyi kimi olmayıb.

"CBC Sport" isə bəyanatında oyunun yayımlanmasının texiki problemlər səbəbindən mümkün olmadığını bildirib: 

"Əziz və hörmətli futbol azarkeşləri, mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.

Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.

Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk".

Son xəbərlər
“İmişli”nin əməkdaşları “Trabzonspor”un qonağı olub
İlk Azərbaycan Kubokunun qalibi: “Titulu qazanmağa layiq idik”
“Bütün hazırlığımız Bakıdakı dünya çempionatına yönəlib”
“CBC Sport” bəyanat yaydı: ÇL oyunu niyə yayımlanmayıb?
Mundialın bütün oyunlarını izlə 50000 dollar qazan
“Şadam ki, bunu bacardım” - Xəzər Babazadə
Paraüzgüçülərimiz üçün Berlin sınağı
Bakıda keçirilən Beynəlxalq Şahmat Festivalına yekun vuruldu
"Turan Tovuz" - "Karvan-Yevlax" oyununun biletləri satışda!
“Neftçi” ilk oyunda qələbə qazandı
“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda
AVF rəsmisi CEV-in Maliyyə Komissiyasının iclasında iştirak edib
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
FİFA-dan “Neftçi”yə transfer qadağası
“Real”ın düşərgəsində intizamsızlıq hökm sürür
Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək
Konfrans Liqasında finalçılar müəyyənləşir
“Neftçi” dünya seriyasında mübarizəyə başlayır
Avropa Liqasında finalçılar bəlli olacaq
Günün oyunları – TV
“Real” Mourinyo ilə danışıqlar apardı
“Barselona” əsas ulduzunu sata bilər
PSJ “Bayern”i finala buraxmadı
Müdafiəçisi “Yuventus”dan ayrıla bilər
“Barselona” “Çelsi”nin hücumçusu ilə maraqlanır
Heydər Əliyev kuboku: 16 boksçumuz finalda!
MS “Ayaks”ın cinah hücumçusu ilə güclənə bilər
“Çelsi”nin baş məşqçi vəzifəsinə namizədlər məlumdur
Azərbaycan millisi 17 medalla komanda hesabında birinci oldu
“Liverpul”un qapıçısı “Yuventus”la müqavilə razılaşdırdı
DAHA ÇOX

Ən çox oxunanlar