“Hökumət”lə “Parlament”in görüşündə 12 qol

“Hökumət”lə “Parlament”in görüşündə 12 qol

Mayın 7-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında keçirilən IV minifutbol turniri çərçivəsində “Hökumət” və “Parlament” komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Sports.az xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmadan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Ardınca Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Hökumət” komandasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov yer alıblar.

Millət vəkillərindən ibarət “Parlament” komandasının heyətində Şahin İsmayılov, Azər Əmiraslanov, Zaur Şükürov, Ramid Namazov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Emin İmanov və Samir Vəliyev yarışıblar.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyunu 6:6 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər
“Real” “Yuventus”un türk ulduzunu xəyal edir
“Brayton”dan baş məşqçisi ilə yeni müqavilə
“Milan” Xabi Alonso ilə maraqlanır
“Hökumət”lə “Parlament”in görüşündə 12 qol
Qattuzonun çalışdıra biləcəyi klub məlum oldu
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Milan” “Arsenal”ın ulduzundan imtina etməyə hazırdır
AFFA-nın təşkilatçılığı ilə futbol turniri keçirilib
“Çelsi” PSJ-nin hücumçusu ilə maraqlanır
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Nikolas Pasın gələcəyi ilə bağlı məlumat yayıldı
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
Baş məşqçisi “Ayntraxt”dan ayrılacaq
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Laymerlə bağlı yekun qərar
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
Noyer gələcəyi ilə bağlı qərarını verdi
“Baku Sportinq” “Cəbrayıl”a qalib gəldi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
UEFA-nın A kateqoriyalı kursunun 5-ci mərhələsi başa çatıb
Millimiz “Heydər Əliyev Kuboku”nda birinci oldu
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
Kvaratsxeliya ÇL-in tarixinə düşdü
“Neftçi” 1/4 finala yüksəldi
ÇL-də ən çox oyun keçirən braziliyalı oldu
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində keçirilən yarış başa çatıb
Çempionlar Liqası tarixində ilk
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
ÇL-in qalibi karyerasını bitirdi
“İmişli”nin əməkdaşları “Trabzonspor”un qonağı olub
DAHA ÇOX

Ən çox oxunanlar