Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Mayın 7-də Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sports.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.
8-10 may tarixlərində keçiriləcək Astana Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək.
Kişilər
-66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)
-73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə
-90 kq, 1/16 final
Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan)
+100 kq, 1/8 final
Camal Feyziyev – Yakub Sordil (Polşa)
Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan)
Qadınlar
-48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)
-48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə
-52 kq, 1/16 final
Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)
-52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)
-70 kq, 1/8 final
Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)





























