Dünya futbolu
Kvaratsxeliya ÇL-in tarixinə düşdü

07.05.2026 | 17:45
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının tarixinə düşüb.
Sports.az xəbər verir ki, “Bayern”lə yarımfinal mərhələsinin cavab matçında (1:1) məhsuldar ötürmə müəllifi olan gürcüstanlı yarımmüdafiəçi ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.
Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atan ilk oyunçudur.
Qeyd edək ki, Xviça bu mövsüm turnirdə 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Son xəbərlər





























