Dünya futbolu
Laymerlə bağlı yekun qərar

07.05.2026 | 19:45
“Bavariya” rəhbərliyi münhenlilərin 28 yaşlı avstriyalı sağ cinah müdafiəçisi Konrad Laymerlə bağlı qərar qəbul edib.
Sports.az xəbər verir ki, Münhen klub Laymerlə 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəyir.
Vurğulanır ki, buna rəğmən, “Bavariya” futbolçunun əməkhaqqında əhəmiyyətli artım etmək niyyətində deyil. Həmçinin vurğulanır ki, “Bavariya” Laymerlə yeni müqaviləyə dair razılıq əldə edə bilməsə, cari müqavilə müddətinin sonunda yollarını ayırmağa da hazırdır.
Son xəbərlər




























