Güləş/Cüdo
Cüdoçularımızdan Rusiyada keçirilmiş turnirdə 2 medal

18.05.2026 | 14:20
Azərbaycanın yeniyetmə cüdolçuları Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iki medal qazanıblar.
Sports.az xəbər verir ki, yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.
Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.
Son xəbərlər





























