Dünya futbolu
“Real” Karvaxalla vidalaşacaq

18.05.2026 | 17:00
İspaniyanın "Real" klubu komandanın kapitanı Daniel Karvahalla cari mövsümün sonunda yolların ayrılacağını açıqlayıb.
Sports.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu üçün "Santyaqo Bernabeu" stadionunda İspaniya La Liqasının son turunda keçiriləcək ev oyununda vida mərasimi təşkil olunacaq.
Tərəflər yayda başa çatacaq müqavilə müddətini uzatmayacaqlar və futbolçunun Madrid klubundakı karyerası bununla da yekunlaşacaq.
Qeyd edək ki, "Real"ın yetirməsi olan D.Karvaxal komandanın heyətində ümumilikdə 450 matçda 14 qol vurub.
Son xəbərlər





























