Beş sərbəst güləşçimiz AÇ-nin yarımfinalında!

Beş sərbəst güləşçimiz AÇ-nin yarımfinalında!

Azərbaycanın 5 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Sports.az xəbər verir ki, Turan Bayramov (74 kq), Ali Tsokayev (92 kq), Arseni Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Nürəddin Novruzov (61 kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Turan Bayramov 1/8 finalda UWW-ni təmsil edən neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub edib. O, 1/4 finalda belaruslu Nikita Mayevskiyə (UWW) 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, Gürcüstan təmsilçisi Giorgi Elbakidze ilə qarşılşacaq.

Ali Tsokayev 1/8 finalda belaruslu Yaraslav Yadkovskiyə (UWW) tam üstünlüklə (10:0) qalib gəlib. Güləşçi 1/4 finalda gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə 5:0 hesabıyla qalib gələrək növbəti mərhələyə adını yazdırıb. O, finala gedən yolda isveçrəli Samuel Şerrerlə münasibətlərə aydınlıq gətirəcək.

Arseniy Djioyev 1/8 finalda Denis Bikova tam üstünlüklə (10:0) qalib gəlib. İdmançı növbəti mərhələdə moldovalı Yevgeni Mihaelkana tam üstünlüklə (11:0) qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Təmsilçimiz latviyalı İvars Samusonokla final uğrunda mübarizə aparacaq.

Nürəddin Novruzov isə 1/4 finalda moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edib. İdmançı yarımfinalda albaniyalı Zəlimxan Abakarovla üz-üzə gələcək.

Giorgi Meşvildişvili ermənistanlı Xaçatur Xaçatryana sonuncu xal prinsipinə əsasən (5:5) qalib gələrək yarımfinala vəsiqə qazanıb. İdmançı yarımfinalda türkiyəli Hakan Büyükçınqılla qarşılaşacaq.

Bundan əlavə, Rəşid Babazadə (65 kq) və Cəbrayıl Hacıyev (79) bürünc medal görüşünə çıxacaqlar.

İslam Bazarqanov (57 kq) isə qızıl medal uğrunda mübarizə aparacaq.

Son xəbərlər
“Atletiko”dan çətin qələbə
Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start
“Çelsi” üçün ehtiyat seçim
Əli Cavadlı Avropa çempionatının finalında
Stolüstü tennisçilər Daşkəndə yollandılar
MY “Real”ın yarımmüdafiəçisini ələ keçirmək istəyir
Rəhim Həsənovdan 31-ci turun mübahisəli epizodlarına şərh - VİDEO
“Şəmkir” darmadağına üzüldü
“Çelsi” məşhur mütəxəssislə danışıqlarını davam etdirir
“Liverpul” Salaha əvəz tapıb
Əsgərova növbəti təyinat
Qocaman mütəxəssis İtaliya yığmasını çalışdırmağa hazırdır
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
“Yuventus”un müdafiəçisi İngiltərə nəhənglərinin maraq dairəsindədir
Baş məşqçisi “İpsviç Taun”dan ayrıla bilər
“Bizim də müəyyən planlarımız var” - Rəşad Sadıqov
1-ci Liqada 26-cı turun təyinatları açıqlandı
“Benfika” baş məşqçisini sərbəst buraxmağa hazırdır
“UFC Fight Night Baku” turnirinin bütün döyüşləri bəlli oldu
Əsas ulduzu “Roma”da qalmaq istəyir
40 yaşında dünya çempionatı üçün milliyə çağırıldı
“Real”ın oyunçuları komanda yoldaşlarından birinin satışını tələb edirlər
Qapıçısı PSJ-dən ayrıla bilər
Baş məşqçisi “Barselona” ilə müqaviləsini yenilədi
“Real”ın növbəti mövsümdə qoyuluş edəcəyi futbolçular məlum oldu
“Zirə” ilə qarşılaşmanı səbirsizliklə gözləyirik” - Dambrauskas
Beynəlxalq turnirdə üç medal
“Azərbaycandakı avtomobil yolları möhtəşəmdir”
Son 20 ilin ən uğursuz mövsümü
“Çelsi” məşhur mütəxəssisə geniş səlahiyyətlər verməyə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar