Dünya futbolu
“Barselona” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır

23.05.2026 | 16:00
“Barselona” rəhbərliyi “blauqrana”nın müdafiə xəttini yayda gücləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, Kataloniya nəhəngi, “Arsenal”ın oyunçusu, ötən ilin sentyabr ayında cari mövsümün sonuna qədər müddətə sonradan satınalama şərti ilə “Portu”ya icarəyə verilmiş 26 yaşlı polyak mərkəz müdafiəçisi Yakub Kivyorla maraqlanır.
Vurğulanır ki, hazırda “Barselona” müdafiəçi mövqeyi ilə bağlı məsələni azacıq təxirə salıb, belə ki, “blauqrana” “vuran ayaq” qəbilindən hücumçu axtarışındadır.
Son xəbərlər





























