"Sumqayıt"dan gözəl təəssüratlarla ayrılıram" - Saşa İliç

"Sumqayıt"dan gözəl təəssüratlarla ayrılıram" - Saşa İliç

Misli Premyer Liqasının son turunda "Sumqayıt" doğma meydanda "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.

Sports.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:

"Maraqlı bir oyun alındığını düşünürəm. Çox qol vuruldu və bir o qədər də qol epizodları ilə yadda qalan bir matç oldu. Yenə də, səhvlərimizdən qollar buraxdıq".

- "Sumqayıt"dan ayrılacağınıza dair məlumatlar var. Bu barədə düşüncələriniz nədir?

- Buranın insanları çox gözəldir. Buradan ayrılsam da, gözəl təəssüratlarla ayrılıram. "Sumqayıt" "top klub" olmasa da, çalışdıq ki, daha yaxşı yerlərdə olaq. Müqaviləm başa çatır, lakin yenə də rəhbərliklə bu barədə danışığımız olacaq. Komandada dəyişikliyə ehtiyac var. Hazırki futbolçuların pis olduğunu demirəm, ancaq reallıq var. Səviyyəli komanda yaratmaq istəyiriksə, səhvlər minimum olmalıdır. 

- Mövsümün əvvəlində demişdiniz ki, hədəfimiz avrokuboklara getməkdir...

-  Futbolda çoxlu situasiyalar olur. “Lester” bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdülər. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf olsaq da, nəticə qazanmaqda çətinlik çəkdik. Səhvlər minimuma enərsə, nəticə qazanmaq olar. 

- Büdcənin daha da artırılması ilə bağlı zəmanət alsanız, klubda qalmaq fikriniz var?

- Dünyanın ən yaxşı məşqçisi olmasam da, plan üzrə çalışanda uğur qazanmaq olar. Komandanın kifayət qədər potensialı var. Bəzi məsələlər də həll olunsa, komanda avrokuboklara vəsiqə qazanar. (Sportal)

Son xəbərlər
Türkiyə kubokunun qalibi bəlli oldu
“Qarabağ” 3 xalı 4 qolla qazandı - VİDEO
"Sumqayıt"dan gözəl təəssüratlarla ayrılıram" - Saşa İliç
“Yaxşı mövsüm keçirdik, böyük təcrübə topladıq” - Qurban Qurbanov
Gülay və Elvin də Avropa çempionatının finalına yüksəldi
“Şəfa” mükafatlandırıldı
Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
Parakarateçilərdən AÇ-də iki medal
"Sabah"la "Qarabağ"dan son oyunda qələbə
Dana Uayt azarkeşləri “UFC Fight Night Baku” turnirini izləməyə dəvət etdi
1-ci Liqa uğrunda pley-off matçının başlama saatı də bəlli oldu
“Sabah” bir oyunçudan ibarət deyil” - Dambrauskas
“Maksimum hədəflər üçün güclü heyət lazımdır” - Berdıyev
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
“Qəbələ”nin pley-offdakı rəqibi müəyyənləşdi
Azərbaycanda ilk dəfə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
Liqa yarışının 2-ci turu başa çatıb
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
Arbeloa "Real"dan ayrılacağını açıqladı
Mükafatlandırma mərasimi keçiriləcək
1-ci Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlum oldu
“Eyeball” platformasının tətbiqi davam edir
Pedro “Latsio”dan ayrılır
“Barselona” hücumçusu ilə bağlı qərar qəbul etdi
Byelsa Uruqvay millisindən ayrılacaq
“Mançester Yunayted” Karriki saxlamaq qərarı verdi
“Milan” “Real”ın kapitanını dəvət edə bilər
DÇ-2026: İngiltərə millisinin yekun heyəti bəlli oldu
“Mançester Siti” Qvardiolanın ayrılığını rəsmən açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar