Dünya futbolu
A Seriyasında mövsümün oyunçusu məlum oldu

22.05.2026 | 23:40
İtaliya A Seriyasının cari mövsümünün ən yaxşı oyunçusu məlum olub.
Sports.az xəbər verir ki, mükafat “İnter”in 28 yaşlı italyan sol cinah müdafiəçisi Federiko Dimarkoya çatıb.
Dimarko cari mövsümdə A Seriyası çərçivəsində 34 oyuna çıxıb, 6 qol vurub və 18 məhsuldar ötürmə verib. Dimarko A Seriyasının cari mövsümündə məhsuldar ötürmələrin sayı üzrə ən yaxşı göstəriciyə imza atıb.
Son xəbərlər





























