262 nömrəli məktəbdə şagirdlərlə görüş keçirilib

262 nömrəli məktəbdə şagirdlərlə görüş keçirilib

AFFA-nın Qadın Futbolu Departamentinin nümayəndələri Bakı şəhəri, Xəzər rayonunda yerləşən 262 nömrəli tam orta məktəbin qonağı olublar.

Sports.az xəbər verir ki, məktəb rəhbərliyinin dəvəti ilə keçirilən görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 millinin futbolçuları və departamentin əməkdaşları iştirak ediblər.
Görüş zamanı məktəbin qız şagirdləri qonaqlara futbolla bağlı müxtəlif maraqlı suallar ünvanlayıblar. Səmimi dialoq formatında keçən görüşdə futbolçular və məşqçi heyəti öz təcrübələrini gənclərlə bölüşüb, idmanda uğur qazanmaq üçün vacib məqamlardan danışıblar.

Qız şagirdlərin futbola olan yüksək marağını nəzərə alaraq, görüşdə onların gələcək idman karyerası və asudə vaxtlarının daha səmərəli keçirilməsi müzakirə olunub. Şagirdlərin AFFA-nın bayrağı altında keçirilən rəsmi liqalara və Məktəbli Qızlar turnirinə qatılması mövzusu gündəmə gətirilib, bu istiqamətdə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məktəbin direktoru Kəmalə Babayeva qonaqlara iştiraklarına görə təşəkkürünü bildirərək, bu cür görüşlərin qızlar arasında idmanın kütləviliyinə böyük təkan verdiyini vurğulayıb. Direktor rəhbərlik etdiyi təhsil müəssisəsində şagirdlərin futbolla məşğul olması üçün hər cür şərait yaratmağa hazır olduqlarını bildirib. O, qızların öz potensiallarını reallaşdırması istiqamətində lazımi dəstəyin göstəriləcəyini də vurğulayıb.

Son xəbərlər
Gənc ulduzu “Komo”dakı çıxışını davam etdirmək istəyir
Niderland millisinin DÇ-2026 üçün yekun heyəti bəlli oldu
“Şamaxı”da daha bir ayrılıq
“Bayern” əsas transferini gerçəkləşdirmək üçün yol tapdı
“Turan Tovuz”u qürurla təmsil edəcəyəm”
“Sumqayıt” iki legioneri ilə yolları ayırdı
Millimizdə yeni futbolçu
“Sabah” Mikelslə müqaviləni yenilədi
“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı
“Arsenal” “Aston Villa”nın ulduzu ilə maraqlanır
“Liverpul” “Herta”nın futbolçusu ilə maraqlanır
“Şimal” 1-ci Liqaya vəsiqə uğrunda matçda qələbə qazandı
Karvaxal Premyer Liqaya üz tuta bilər
Əliyar Ağayev Belarus millisinin oyununu idarə edəcək
2-ci Liqa uğrunda pley-off matçının vaxtı bilindi
"Turan Tovuz"dan Hurtado ilə yeni müqavilə
“Atletiko” ulduzuna qəti tələb irəli sürdü
“Qarabağ”ın futbolçusu Ukrayna və Nigeriya ilə matçlara dəvət aldı
“Neftçi” yetirməsini qaytardı
İdman direktoru “Bayern”dən ayrıla bilər
Bakıda keçiriləcək Dünya Kubokunda 11 ölkə iştirak edəcək
262 nömrəli məktəbdə şagirdlərlə görüş keçirilib
“Napoli” Alleqri ilə şifahi razılıq əldə edib
Kasado “Atletiko”ya keçə bilər
“Liverpul” qapıçısına yeni müqavilə təklif etməyi düşünür
Məşqçilər üçün maarifləndirici vebinarlar davam edir
“Kəpəz” Hacıyevlə müqavilənin müddətini uzatdı
“Milan”ın ulduzu şifahi təklif aldı
Kudus dünya çempionatını buraxacaq
Avropa çempionatı start götürür
DAHA ÇOX

Ən çox oxunanlar