Dünya futbolu
“Bayern” əsas transferini gerçəkləşdirmək üçün yol tapdı

27.05.2026 | 21:00
Məlum olduğu kimi, “Bayern” “Nyukasl”ın ingilis cinah hücumçusu Entoni Qordonu əsas yay transfer hədəfi olaraq müəyyənləşdirib.
Sports.az xəbər verir ki, Almaniya nəhəngi müvafiq keçidə müvəffəq olmaq üçün yol tapıb.
Bildirilir ki, “Bayern” rəhbərliyi münhenlilərin alman ehtiyat qapıçısı Aleksander Nübeli üstəlik mübadilə olaraq “sağsağanlar”a təklif etməyə hazırdır.
Xatırladaq ki, Nübel cari mövsümün sonuna qədər müddətə “Ştutqarta icarəyə verilib.
Son xəbərlər





























